Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar - ADLARI
İcbari Sığorta Börosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat yayıb. İki sığorta şirkətinin "Yaşıl Kart" sığortası üzrə fəaliyyəti dayandırılıb Qeyd edilib ki, Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC. Xatırladaq ki "Yaşıl Kart" sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin siyahısından könüllü ləğv edilən “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” və “Naxçıvansığorta” ASC-ni çıxarılıb. Bununla da "Yaşıl Kart" üzrə fəaliyyət göstərən şirkətlərin sayı 10-dan 8-ə enmiş olub.