2023-11-24 12:00:05

Xaricə səfər edən vətəndaşların sığortası bazarı 21% - BÖYÜYÜB

Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə cəmi yığımlar və ödənişlər artıb. Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta bazarı - 4 DƏFƏ BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 291 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 916 min manat və ya 21% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 4 milyon 374 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 314 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 2,6% çoxdur . Keçən ilin eyni dövründə 307 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 5,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 7% təşkil edib.

Fed.az