2023-10-23 12:00:10

Xalq Həyat Sığorta-nın yığımları 27% artıb

Bu ilin yanvar-avqust aylarında “Xalq Həyat Sığorta” ASC 6,4 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 4,8 dəfə artaraq 1 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az