2023-10-03 12:00:10
Tibbi sığorta bazarı 8%-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda tibbi sığorta üzrə 91,2 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,8% azalaraq 48,6 milyon manat olub. Fuad Mədətov Fins.az