2024-04-19 20:00:03

Sığorta şirkətləri 2023-ü belə başa vurdu - MƏNFƏƏT-ZƏRƏR – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkətinin 2023-cü il üzrə mənfəət və zərər göstəriciləri məlum olub.  Üç ayda sosial sığorta üzrə daxilolmalar - 8,6 FAİZ ARTIB FED.az xəbər verir ki, sığorta şirkətləri arasında ən çox gəlir əldə edən şirkət “Paşa Həyat Sığorta” şirkəti olub. Şirkət mənfəətini 2022-ci ilə nisbətən 23,2 milyon manat artıraraq 62,8 milyon manata çatdırıb. “Meqa Sığorta” ötən ili mənfəətlə başa vurub - ŞİRKƏT BÖYÜMƏKDƏ DAVAM EDİR İkinci yerdə “Paşa Sığorta” şirkəti qərarlaşıb, şirkətin mənfəəti 35,4 milyon manat olub. 19,3 milyon manat gəlir qazanaraq “Azre Təkrara Sığorta şirkəti” sığorta şirkətləri arasında 3-cü ən çox gəlir qazanan şirkət olub. “AzRe Təkrarsığorta”nın mənfəəti azalıb - HESABAT Gəlirlilik göstəricisinin minimum olduğu şirkət isə “Ata Sığorta” şirkətidir. Adı çəkilən şirkət 2023-cü ili gəlir yox əksinə zərərlə başa vurub. “Xalq Sığorta” 2023-cü ilin uğurlu nəticələrini - AÇIQLADI Qeyd edək ki, “Ata Sığorta” şirkətindən başqa yerdə qalan 16 şirkət ili mənfəətlə başa vurub.  Daha detallı şirkətlər və göstəricilər aşağıdakı cədvəldə : № Sığorta şirkəti 2023-cü ilin mənfəət/zərər göstəricisi (manat) 2022-ci ilin mənfəət/zərər göstəricisi (manat) 1 Paşa Həyat Sığorta 62 813 870 39 527 047 2 Paşa Sığorta 35 488 624 29 201 385 3 Azre Təkrara Sığorta 19 394 432 22 663 170 4 Xalq Sığorta 12 466 123 -12 225 937 5 Qala Sığorta 9 892 641 10 567 244 6 Qala Həyat Sığorta 7 941 300 7 842 016 7 Atəşgah Həyat  7 488 314 8 474 088 8 Azərbaycan Sənaye Sığorta 3 586 099 -2 475 766 9 Meqa Sığorta 2 514 953 3 777 728 10 Xalq Həyat Sığorta 1 982 795 1 823 731 11 AzSığorta 1 581 721 -2 001 442 12 Meqa Həyat 1 086 045 573 935 13 A group 698 897 57 190 14 İpək Yolu Sığorta 667 290 913 199 15 Bakı Sığorta 555 792 102 674 16 Atəşgah Sığorta 436 751 -517 988 17 Ata Sığorta -946 986 -573 355  

Fed.az