2023-09-27 20:00:03

Sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər 32%-dək azalıb

Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər azalıb. Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 62% artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 20,6 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 min manat və ya 31,7% azdır. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 30,1 min manat təşkil edib.

Fed.az