2024-04-05 12:00:04

Sağalmaz xəstəliklərdən könüllü sığorta bazarı 2,5 dəfə böyüyüb

 Azərbaycanda sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlər artıb. Əmək qabiliyyətinin könüllü sığortası bazarı 2,5 dəfə böyüyüb FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 693 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 412 min manat və ya 2,5 dəfə çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 281 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 14 min  manat təşkil edib  Əvvəlki ilin eyni dövründə 4 sığorta ödənişləri edilməyib. Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib. 

Fed.az