2024-03-01 12:00:05
Sağalmaz xəstəliklərdən könüllü sığortaya maraq 84% artıb
Azərbaycanda sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar artıb. Əmək qabiliyyətinin sığortasına maraq 29%-dən çox artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 193 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88 min manat və ya 83,7% çoxdur. 2023-ci ilin yanvar ayında bu göstərici 105 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta üzrə ödənişlər olmayıb. Ötən ilin eyni dövründə də sığorta ödənişləri edilməmişdi.