2024-06-09 19:29:48

Sabiq bank rəhbəri sığorta şirkətinin rəhbərliyinə - TƏYİNAT ALDI

Bağlanan “Ata Bank” ASC-nin rəhbəri kimi çalışmış Dəyanət Quliyev “Ata Holding” MMC-nin törəmə maliyyə şirkətinin rəhbərliyinə gətirilir. FED.az xəbər verir ki,  “AtaSığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Dəyanət Quliyev Namiq oğlu Direktorlar Şurasının üzvü seçilib. Direktorlar Şurası ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən orqandır. D.Quliyev 2020-ci ilə qədər “Ata Bank” ASC-nin İdarə Heyətinin sədri olub. Bank bağlandıqdan sonra onun adı publik hər hansısa şirkətin rəhbərliyində yer almamışdı. O, 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. 2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə  Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olub. 2014- 2016-cı illərdə  “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb. Bununla da “Ata Sığorta” ASC-nin Direktorlar Şurası üç üzvdən ibarətdir: Adıgözəl Ağayev Yahya oğlu Dəyanət Quliyev Namiq oğlu Zəfər Muxtarov Qərib oğlu Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur. (Banker.az)

Fed.az