2023-10-23 12:00:11

Qala Sığorta-nın yığımları 45% artıb

Bu ilin yanvar-avqust aylarında “Qala Sığorta” ASC 44,2 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45% çoxdur.   Son 1 ildə şirkətin sığorta ödənişi isə 68,7% artaraq 6,1 milyon manat olub. Fuad Mədətov Fins.az

Fins.az