2023-10-23 12:00:12
Qala Həyat Sığorta-nın yığımları artıb
Bu ilin yanvar-avqust aylarında “Qala Həyat Sığorta” ASC 17,9 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 35,2% artaraq 2,2 milyon manat olub. Fuad Mədətov Fins.az
