2023-10-23 12:00:13
PAŞA Həyat Sığorta-nın yığımları 30% artıb
Bu ilin yanvar-avqust aylarında “PAŞA Həyat Sığorta” ASC 362,7 milyon manat sığorta haqqı toplayıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Son 1 ildə şirkətin sığorta ödənişi isə 24,4% artaraq 177,1 milyon manat olub. Fuad Mədətov Fins.az