2024-01-07 16:00:03

Ötən ilin 9 ayında Azərbaycanın sığorta sektorunun aktivləri - 19% ARTIB

2023-cü il sentyabrın 30-na Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 943 milyon 163,9 min manat məbləğində qiymətləndirilir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 19% çoxdur. Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2023) FED.az xəbər verir ki, bank hesablarında 420 milyon 206,7 min manat və ya aktivlərin (azalma 10,8%), uzunmüddətli maliyyə aktivlərində 720 milyon 975,1 min manat və ya 37,1%-i (artım 25,9%), sığorta ehtiyatlarında təkrarsığortaçıların payı 212 milyon 715,1 min manat (artım 56,7%), qalan məbləğ isə digər aktivlərdə toplanıb. 2023-cü il oktyabrın əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 385 milyon 776,6 min manat (artım 0,6%) təşkil edib. 1 oktyabr 2023-cü il tarixinə sektorun sığorta ehtiyatları 1 milyard 207 milyon 773,4 min manat (artım 29,9%), ümumi bölüşdürülməmiş mənfəəti 139 milyon 816,3 min manat (artım 39,6%) təşkil edib. 2023-cü il oktyabrın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxsdir (5 şirkət xarici kapitala malikdir - İF). 2023-cü ilin yanvar-sentyabr aylarında 20-si sığorta şirkəti sığorta haqqı toplayıb. 2023-cü il oktyabrın 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 2224,4 manat təşkil edib, bu isə 2022-ci ilin 9 ayına olan göstəricidən 18,8% çoxdur. (İnterfaks-Azərbaycan)

Fed.az