2024-05-27 16:12:44

Mərkəzi Bank sığorta xidmətlərinə 1 milyon 554 min manat xərcləyib

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 1 milyon 554 min manat xərcləyib. Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 4,55 % azdır. AMB-nin sığorta xərclərinin 663 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 15,9 % çoxdur. Xərclərin qalan 891 min manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 15,6 % azdır. Fuad Mədətov Fins.az

Fins.az