2023-08-31 11:40:45
Ləğv prosesində olan sığorta şirkətin növbədənkənar yığıncağı - KEÇİRİLƏCƏK
5 oktyabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5C ünvanda “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. “Günay Sığorta”nın - Ləğvetmə Komissiyası Yaradılıb FED.az xəbər verir ki, gündəlikdəki məsələlə aşağıdakılardır: 1. “Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) təşkilati strukturu və ştat cədvəli. 2. “Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) büdcəsi. 3. Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) ləğvetmə komissiyasının fəaliyyəti (səlahiyyətlər, iş qaydası və s.). 4. Digər təşkilati məsələlər.