2023-12-08 12:00:03
Ləğv edilən "Naxçıvan Sığorta"nın 30 əməkdaşı - İŞDƏN ÇIXARILDI
Ləğv edilən "Naxçıvan Sığorta" Şirkətinin əməkdaşları işdən azad olunub. "Naxçıvan Sığorta" şirkəti - LƏĞV EDİLİR FED.az xəbər verir ki, bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar. Məlumata görə, onlara heç bir iş təklif olunmayıb. Qeyd edək ki, "Naxçıvan Sığorta" Şirkətinin 30-da çox əməkdaşı var. Xatırladaq ki, "Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.(Apa)