2024-06-09 19:29:58
Könüllü fərdi qəza və xəstəlik sığortası üzrə döənişlər - 3 DƏFƏ ARTDI
Azərbaycanda könüllü fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərin məbləği məlum olub. Azərbaycanda könüllü tibbi sığorta üzrə 14 mln. manat - ÖDƏNİŞ EDİLİB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 252 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 335 min manat və ya 36% çoxdur. 2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 917 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 123 min manat təşkil edib. Ödənişlərdə illik müqayisədə 83 min manat və ya 3 dəfə artım olub. Hesabat dövründə zərərlilik göstəricisi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 9,9%-ə yüksəlib.