2024-01-03 16:00:04

Kənd təsərrüfatı heyvanlarının sığortasına - 867 MİN MANAT ÖDƏNİŞ EDİLİB

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar artıb və ödənişlər aşağı düşüb.   Azərbaycanda gəmilərin sığortasına - 110 MİN MANAT ÖDƏNİLİB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 3 milyon 409 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 285 min manat və ya 9% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 124 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 867 min manat təşkil edib ki, bu da illik müqayisədə 47 min manat və ya 5,2% azdır. 2022-ci ilin eyni dövründə 485 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik 25% olub. Bu da illik müqayisədə 4% azdır. Ötən ilin eyni dövründə zərərlilik 29% idi.

Fed.az