Kənd təsərrüfatı heyvanlarının sığortasına -1 MİLYON MANAT ÖDƏNİŞ EDİLİB
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar və ödənişlər aşağı düşüb. Azərbaycanda yüklərin sığortasına ödənişləri 5 dəfə artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 3 milyon 951 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 647 min manat və ya 29,4% azdır. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 5 milyon 598 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 1 milyon 80 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 min manat və ya 0,5% azdır. 2022-ci ilin eyni dövründə 1 milyon 85 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik 27,3% olub. Bu da illik müqayisədə 7,9% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 19,4% idi.