2023-10-06 12:00:03

I yarımildə təkrarsığortanın sığorta haqlarında payı dəyişməyib

Cari ilin ilk yarısı ərzində təkrarsığortanın sığorta haqlarında payı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 9.7% olub. Azərbaycanda sığrota şirkətlərinin xalis mənfəətliliyi artıb FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir. Təkrarsığortaya ötürülən məbləğin sığorta haqlarında payının aşağı olmasının əsas drayverləri həm həyat sığorta haqlarının cəmi sığorta haqlarında payının artması, həm də qeyri-həyat sığortası üzrə bazar payı yüksək olan sığorta siniflərinin təkrarsığortaçıya aşağı səviyyədə ötürmə etməsi olub. Qeyri-həyat sığortası üzrə sığorta haqlarının təqribən 87%-ni əhatə edən 5 sığorta sinifinin risklərinin təkrarsığortaçıya ötürülməsi yüksək deyil. Belə ki, qeyri-həyat sığortası üzrə haqların 26%-ni formalaşdıran tibbi sığortanın demək olar 0%-i və 18%-ni təşkil edən daşınmaz əmlakın icbari sığortası üzrə isə haqların cəmi 24%-i təkrarsığortaya ötürülüb.

Fed.az