2023-10-02 16:00:13
Həyatın yaşam sığortasının ödənişi son 1 ildə 24,4% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 355,7 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 24,4% artaraq 193,4 milyon manat olub. Fuad Mədətov Fins.az