2023-09-27 16:00:09
Həyatın yaşam sığortası üzrə ödənişlər 24%-dən çox artıb
Azərbaycanda həyatın yaşam sığortası üzrə ödənişlər artıb. Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar 35%-dək artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 193 milyon 407,9 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon 962,3 min manat və ya 24,4% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 155 milyon 445,6 min manat təşkil edib.