Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətin sığortası bazarı 26% - KİÇİLİB
Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətin sığortası üzrə yığımlar azalıb. Azərbaycanda yüklərin (nəqliyyat) sığortası 18%-dək artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 895 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 732 min manat və ya 26,1% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 6 milyon 627 min manat təşkil edib. Bundan başqa bu növ sığorta üzrə ödənişlər 15 min manat həcmində olub. 2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə ödənişlər olmayıb edilib. 2023-cü ildə zərərlilik göstəricisi 0,3% təşkil edib.