2024-02-05 16:00:02

Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarına - DAXİL OLUB

Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC-ni reyestrinə daxil edib. FED.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi. Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb. Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.

Fed.az