2024-04-06 16:00:03

Fərdi qəza və xəstəliklərin könüllü sığortasına maraq 41% artıb

 Azərbaycanda fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Azərbaycanda səyahət sığortasına maraq 9% azalıb - ÖDƏNİŞLƏR 25% ARTIB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 620min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 180 min manat və ya 41% çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 440 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 20 min  manat təşkil edib ki, bu da illik müqayisədə 2 min manat və ya 9%azdır. Əvvəlki ilin eyni dövründə 22 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.

Fed.az