2023-09-26 16:00:19
Fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar 40%-dən çox artıb
Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar artıb. Xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 32%-dən çox artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 569,2 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 738 min manat və ya 40,3% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 1 milyon 831,3 min manat təşkil edib.