2023-09-27 20:00:05
Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 62% artıb
Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə ödənişlər artıb. Həyatın ölüm halından sığortası üzrə ödənişlər 45%-dən çox azalıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 44,3 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 min manat və ya 62% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 27,3 min manat təşkil edib.