2023-10-19 12:00:03
Departament direktoru “Paşa Həyat”ı tərk etdi – YENİ TƏYİNAT
“Paşa Həyat” sığorta şirkətinin informasiya texnologiyaları departamentinin direktoru Vüqar Əvəzov sözügedən şirkətdən ayrılıb. FED.az xəbər verir ki, V.Əvəzov “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC-də işə başlayıb. STP-dən bildirib ki, V.Əvəzov “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC-nin informasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, V.Əvəzov “Paşa Həyat”da 2011-ci ildən işə başlayıb. Onu da bildirək ki, V.Əvəzov Azərbaycanda peşəkarlığı və savadı ilə tanınan IT mütəxəssislərdən biridir.