2023-10-18 20:00:41

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 0,9 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.    Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 63,9% azalaraq 10 min manat olub. Fuad Mədətov Fins.az

Fins.az