Daşınmaz əmlakın istimarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə ödənişlər - 26% AZALIB
Azərbaycanda daşınmaz əmlakın istimarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər - 5 DƏFƏ ARTIB FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 153 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 239 min manat və ya 26,1% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 914 min manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 22 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 26,2% azdır. Əvvəlki ilin eyni dövründə 30 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 1,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,4% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,3% təşkil edib.