2023-09-27 16:00:09
Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 54%-dən çox artıb
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb. Kreditlərin sığortası üzrə yığımlar 3 dəfəyədək artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 63 milyon 403,6 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 322,6 min manat və ya 54,3% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 41 milyon 81 min manat təşkil edib.