2024-02-27 12:00:11

Daşınmaz əmlakın icbari sığortası üzrə 3,6 milyon yığılıb - CƏMİ 88 MİN MANAT ÖDƏNİLİB

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb. Azərbaycanda sürücülərin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 22% azalıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 3 milyon 571 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 946 min manat və ya 36% çoxdur. 2023-ci ilin yanvar ayında bu göstərici 2 milyon 625 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 88 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 37,1% azdır. Keçən ilin eyni dövründə 140 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 2,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,9% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,3% təşkil edib.

Fed.az