2023-10-26 20:00:02
Bazarın brendi sayılan "Xalq Həyat Sığorta"nın yığımları artıb - İNKİŞAF UĞURLA DAVAM EDİR
Cari ilin yanvar-sentyabr aylarında "Xalq Həyat Sığorta" ASC-nin yığımları 7 milyon 264 min manata çatıb. "Meqa Sığorta"da yığımlar və ödənişlər artdı - HESABAT FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 496 min manat və ya 25,9% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətinin yığımları 5 milyon 769 min manat təşkil edib. Şirkətin bu dövrdə sığorta ödənişləri 1 milyon 366 min manat olub. Ödənişlərdə son bir ildə 1 milyon 31 min manat və ya 4,1 dəfə artım müşahidə olunub. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 334 min manat olub.