2023-09-25 12:00:10
Azərbaycanın sığorta bazarı 29%-dan çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846,854 milyon manat sığorta haqqı toplanılıb. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,3% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345,796 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,9% çoxdur. 8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub. Fuad Mədətov Fins.az