2024-02-06 12:00:04

Azərbaycanda yüklərin  sığortasına ödənişləri 5 dəfə artıb

Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər  artıb. Azərbaycanda təyyarələrin sığortasına ödənişlər 6 dəfə artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- dekabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 988 492 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 559 min manat və ya 10.3% çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 5 milyon 428 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 211 min manat təşkil edib ki, bu da illik müqayisədə 169 min manat və ya 5 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 42 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik 3,5 % olub. Bu da illik müqayisədə 2,7% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 0,8% idi.

Fed.az