2023-10-05 20:00:04
Azərbaycanda yük sığortası üzrə yığımlar 15,6% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük sığortası üzrə 4 milyon manat sığorta haqqı toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4,9 dəfə artaraq 72 min manat olub. Fuad Mədətov Fins.az