2023-08-31 11:40:53
Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 6% azalıb
Azərbaycanda tibbi sığorta üzrə ödənişlər azalıb. Azərbaycanda həyat sığortası üzrə zərərlilik göstəricisi 9 dəfədən çox aşağı düşüb FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə ödənişlər 35 milyon 145,8 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 245,7 min manat və ya 6% azdır. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 37 milyon 391,5 min manat təşkil edib.