2023-09-28 20:00:09

Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 3%-dək azalıb

Azərbaycanda tibbi sığorta üzrə ödənişlər azalıb. Azərbaycanda şəxsi sığorta üzrə ödənişlər 3% aşağı düşüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 48 milyon 633,1 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 404,9 min manat və ya 2,8% azdır. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 50 milyon 38 min manat təşkil edib.

Fed.az