Azərbaycanda təyyarəçilərin mülki məsuliyyətinin sığortası bazarı 26% kiçilib
Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb. Azərbaycanda mülki məsuliyyətin sığortası bazarı 7%-dək - BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 895 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 732 min manat və ya 26,1% azdır. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 6 milyon 627 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 15 min manat təşkil edib ki, 2022-ci ilin eyni dövründə sığorta ödənişləri edilmiəmişdi. Hesabat dövründə zərərlilik 0,3% olub. Ötən ilin eyni dövründə zərərlilik qeydə alınmayıb.