2024-01-08 12:00:03

Azərbaycanda təyyarəçilərin mülki məsuliyyətinin könüllü sığortası bazarı 25% kiçilib

Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar azalıb. Azərbaycanda mülki məsuliyyətin sığortası bazarı 7%-dək - BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 981 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 646 min manat və ya 25% azdır. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 6 milyon 627 min manat təşkil edib. Bu növ sığorta ödənişləri isə 15 min manat təşkil edib ki,  2022-ci ilin eyni dövründə  sığorta ödənişləri edilmiəmişdi. Hesabat dövründə zərərlilik 0,3% olub.  Ötən ilin eyni dövründə zərərlilik qeydə alınmayıb.

Fed.az