2023-11-23 12:00:08

Azərbaycanda sürücülərin mülki məsuliyyətinin sığortası bazarı 62% BÖYÜYÜB

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb. Azərbaycanda kreditlərin sığortası bazarı - 2 DƏFƏDƏN ÇOX BÖYÜYÜB FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 285 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 874 min manat və ya 62% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 411 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 30 min  manat təşkil edib ki, bu da illik müqayisədə 24 manat və ya 44,6% azdır. Keçən ilin eyni dövründə 54 min manat sığorta ödənişləri edilmişdi.

Fed.az