2023-12-29 16:00:05

Azərbaycanda sürücülərin mülki məsuliyyətinin sığortası bazarı - 45% BÖYÜYÜB

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb. Azərbaycanda icbari sığorta bazarı 36% böyüyüb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 147 milyon 793 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 milyon 573 min manat və ya 45% çoxdur. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 102 milyon 220 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 89 milyon 637 min  manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 345 min manat və ya 8,9% çoxdur. əvvəlki ilin eyni dövründə 82 milyon 292 min manat sığorta ödənişləri edilmişdi.

Fed.az