2023-10-12 16:00:05

Azərbaycanda sürücülərin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə 1,7 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,4% çoxdur.   Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 50,4% azalaraq 23 min manat olub. Fuad Mədətov Fins.az

Fins.az