2023-10-16 16:00:06
Azərbaycanda su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 87 min manat sığorta toplanılıb. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% azdır. Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi də olmayıb. Fuad Mədətov Fins.az