2023-10-09 12:00:24

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar 40,7% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 5,9 milyon manat sığorta haqqı toplanılıb.  Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur. Ötən 8 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib. Fuad Mədətov Fins.az

Fins.az