2023-10-26 16:00:03

Azərbaycanda su nəqliyyat vasitələrinin sığortası bazarı - 18% BÖYÜYÜB

Azərbaycanda su nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar artıb. Azərbaycanda yüklərin (nəqliyyat) sığortası 18%-dək artıb FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 6 milyon 241 min manat təşkil edib.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 969 min manat və ya 18,4% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 5 milyon 272 min manat təşkil edib. Bundan başqa, bu növ sığorta üzrə ödənişlər 110 min manat həcmində olub. 2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə ödənişlər olmayıb.

Fed.az