2023-10-06 12:00:04

Azərbaycanda sığrota şirkətlərinin xalis mənfəətliliyi artıb

 Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm həyat, həm də qeyi-həyat sığorta şirkətləri daha çox mənəət generasiya etmişdirlər. I yarımilə sığorta sektorunda digər aktivlərin həcmi 4% azalıb FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir. Belə ki, 2022-ci ilin ilk yarısı ilə müqayisədə həyat sığortası şirkətləri üzrə xalis mənfəət 12 mln. manat və ya 35,3% artaraq 46 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövründə bu rəqəm 34 mln. manat təşkil edib.  Qeyri-həyat sığorta şirkətləri üzrə isə 11 mln. manat və ya 58% artaraq 32 mln. təşkil edib. Keçən ilin müvafiq dövründə bu göstərici 21 mln. manat olub. Hər iki qrup üzrə artımın drayveri əsas əməliyyat gəlirlərinin artımı ilə bağlıdır.

Fed.az