2024-02-22 20:00:03

Azərbaycanda sığortaçıların orta aylıq əmək haqqı 379 manat artıb

2023-cü ildə sığorta, təkrar sığorta və pensiya sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 196,2 manata çatıb. Azərbaycanda balıqçıların orta aylıq əmək haqqı 123 manat artıb FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Bu 2022-ci illə müqayisədə müqayisədə 378,5 manat və ya 20,8% çoxdur. Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 817,7 manat idi. Qeyd edək ki, dövlət sektrounda çalışan sığortaçıların orta aylıq əmək haqqı 1 958,4 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 545,4 manat və ya 38,6% çoxdur. Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 254,6 manat olub. Bu da illik müqayisədə 316 manat və ya 16,3% çoxdur.

Fed.az