2023-10-05 20:00:05
Azərbaycanda sığorta şikətlərinin investisiyaları 10.7% artıb
Azərbaycanda 2023-cü ilin I yarısında sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artaraq 1404 mln. manata çatıb. Fins.az Azərbaycan Mərkəzi Bankının ”Maliyyə Sabitliyi Hesabatı”na isitinadən xəbər verir ki, artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib. Qeyd edək ki, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir. Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarətdir. Fuad Mədətov Fins.az