2024-04-06 16:00:04

Azərbaycanda səyahət sığortasına maraq 9% azalıb - ÖDƏNİŞLƏR 25% ARTIB

 Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb. Azərbaycanda könüllü tibbi sığorta üzrə 14 mln. manat - ÖDƏNİŞ EDİLİB FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 693 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 min manat və ya 9% azdır. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 763 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 77 min  manat təşkil edib ki, bu da illik müqayisədə 15 min manat və ya 25% çoxdur. Əvvəlki ilin eyni dövründə 62 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 11% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.

Fed.az